Логин: Пароль: Регистрация |

EYLENCE:

Reklam yeri

WWW.BUTAGALLERY.COM

Teqvim

«    Апрель 2014    »
ПнВтСрЧтПтСбВс
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Umumi:

Səni Sevirəm!

Sevirəm Səni!!!Həyatı sevirəm Səninlə bir damla gözyaşını sevirəm gözlərində xoşbəxtliyi sevirəm.Sənə bağlandı həyatım.Hər an yadımdasan Sənin üçün darıxıram hər an,hər vaxt... Ağ bir gələcək qurdum hər vaxt səninlə. Var bu ürəyim hər vaxt səninlə atacaq, ürəyimdə ağ dünya qurdum içimdə yalnız ikimiz üçün.Bu həyatda Sənsiz yaşaya bilmərəm heç bir zaman mən. Xoşbəxtliksən içimdə yaşadaram Səni,sevginisə ürəyimdə dinləyirəm,həyatsan gözlərimdə izləyirəm Səni,parçalasanda ürəyimi yenə də Sevirəm Səni!!!
  • Раздел: Analiq |
  • Опубликовано: 6 сентября, 17:09
HAMİLƏLİK DÖVRÜNDƏ SAÇ BOYAMANIN ZƏRƏRLƏRİ.
HAMİLƏLİK DÖVRÜNDƏ SAÇ BOYAMANIN ZƏRƏRLƏRİ BARƏDƏ.

ARDINI OXUYAQ...
  • Раздел: Analiq |
  • Опубликовано: 24 августа, 13:08
Секс позы во время беременности Удобные и безопасные позы (Hamiləlikdə seks)
Всех беременных женщин интересует вопрос: безопасен секс во время беременности? Можно ли заниматься сексом с беременной женой?
  • Раздел: Analiq |
  • Опубликовано: 16 августа, 20:08
Uşağın cinsiyyətinin müəyyən edilməsi üçün yapon təqvimi

yapon təqvimi cədvəl və qrafikdən ibarətdir. Cədvəl. Sütün və siranın kəsişməsinnən ibarət olan rəqəmi tapın.

  • Раздел: Analiq |
  • Опубликовано: 2 июня, 16:06
KORPELERIMIZE QULLUQ



KÖRPƏ İLƏ TƏKBƏTƏK.


Yeni doğulmuş körpə və valideynləri hələ çox sınaqdan keçməlidirlər. Bu sınaqlar zamanı ata və anadan hansı bacarıqlar tələb olunur? Doğum evindən çıxdıqdan sonra gənc ana körpəsilə təkbətək qalır, bu zaman o, bir sıra sual və problemlə rastlaşır.

GÜN REJİMİ.

Körpənin ilk ayının gündəlik rejimi rəngarəngliyi ilə seçilmir. Rejim, əsasən, uzunmüddətli yuxudan və qısa fasiləli qidalanmadan ibarətdir. Əgər körpəni heç nə narahat etmirsə (bir yeri ağrımırsa, bələyi yaş deyilsə, ac deyilsə, ona isti ya soyuq deyilsə), o, rahat yatacaq. Körpə ilk günlərindən yatmırsa, deməli, onu nə isə narahat edir. Körpəni rejimə salmaq üçün onu nəyin narahat etdiyini aydınlaşdırmaq lazımdır. Çünki, ilk aylar körpənin qidalanması onun tələbatına görədir.
Tələbata görə qidalanma ona hər acıdığı zaman əmizdirməkdir. Doğum evindən çıxdıqdan sonra körpə tez – tez acıya bilər (1 – 2 saatdan bir, yəni gün ərzində 12 – 14 dəfə qidalanma). Bu onunla izah olunur ki, bu aralar ana laktasiya krizisi keçirir, yəni süd vəzilərinin süd hasili xeyli azalır. Səbəbi isə ananın daima körpəsini düşünməsi, məişət problemləri, fikizi yorğunluqla bağlı stresdə olmasıdır. Südün çoxalması üçün isə körpəni əmizdirərək döşü müntəzəm olaraq boşaltmaq, dincəlmək, kifayət qədər su (mütləq isti ot çayları) içmək lazımdır.
İlk günlər körpəni gecələr də qidalandırmağa məcbursunuz. Buna görə də körpənin çarpayısını özünüzünkünün yanında saxlayın ki, onu yedirtmək sizin üçün asan olsun.
Bilməlisiniz ki, ilk həftələrdə körpənin gün rejimi sabit olmayacaq. Gün ərzində (atmosfer təzyiqi düşdükdə, güclü külək zamanı körpə özünü pis hiss edə bilər) dəyişəcək.
KORPELERIMIZE QULLUQ



KÖRPƏNİ NƏ ZAMAN QUCAĞA GÖTÜRMƏK OLAR?

Bir neçə onillik bundan qabaq(1950 – 70 – ci illər) belə bir fərziyyə vardı, körpəni qucağa öyrəşdirməmək üçün hər ağladığı zaman ona yaxınlaşmaq olmaz. Bu kökündən səhv olan fərziyyədir. Nəzərə almaq lazımdır ki, körpə acıdığı, ağrıdığı, bir sözlə özünü narahat hiss etdiyi zaman ağlayır. Ana yalnız uşağı qucağına götürməklə ağlamanın səbəbini aydınlışdıra bilər.
Körpə yalnız anasının isti əllərini, mehriban səsini, qucağındakı sakitliyi hiss etdikdə sakitləşir. Həm də belə münasibət körpənin psixoloji inkişafına olduqca müsbət təsir göstərir.

GİGİYENA.

Uşaq bezlərini hər 3 saatdan bir dəyişmək lazımdır (qarın işləməsi yoxdursa). Körpələri hər qarın işləməsindən sonra yumaq vacibdir. Hər yumada uşaq sabunlarından istifadə edin. Qız uşaqlarını kranın altında (suyu qaynatmaq vacib deyil) “arxadan qabağa” istiqamətində yumaq lazımdır ki, nəcis cinsiyyət orqanlarınna düşməsin. Oğlan uşaqlarına bu qədər ehtiyatla yanaşılmasa da, mütləq sabundan istifadə olunmalıdır.
Əgər körpənin qarnı işləməyibsə, bezi dəyişdikdən sonra onu sabunsuz yumaq və ya nəm salfetlə silmək də olar. Bezi geyindirməzdən qabaq körpənin yanına mütləq xüsusi krem çəkin.

DIRNAQLARIN KƏSİLMƏSİ.

Vaxtında doğulan körpələrin hamısının əl – ayaqlarında uzun, elastik və yumşaq dırnaqlar olur. Onları kəsmək üçün xüsusi qayçıdan istifadə etməlisiniz. Qabaqcadan qayçını spirtlə yaxşıca silmək lazımdır.
KORPELERIMIZE QULLUQ


GÖBƏYƏ QULLUQ.

1 ay ərzində, ana uşağa qulluq edərkən göbəyin vəziyyətinə diqqət yetirməlidir. Bir qayda olaraq, göbək qapanmış, təmiz və quru olmalıdır. Doğulduqdan sonra 7 – 8 gün ərzində, amma artıq olmayaraq, göbəkdən ifrazat gələ bilər.
Birinci ay gündə 2 dəfə səhər və axşam göbəyə qulluq etmək lazımdır. Göbəyə qulluğa başlamamazdan qabaq əllərinizi tərtəmiz yumalı, pambıq çubuqları, 3% - li peroksid – hidrogen və “zelenka” adlı spirt məhlulu hazırlamalısınız. Bir əlinizlə göbəyin kənarlarını ehtiyatla elə ayırın ki, dibi görünsün. Birinci mərhələdə göbəyi peroksid – hidrogen məhlulunda isladılmlş pambıq çubuqla - çox ehtiyatla, körpənin zərif dərisinə zərər yetirmədən – silirsiniz. Sonra məhlulun qalıqlarını quru pambıq çubuğu ilə təmizləyirsiniz. Sonda yaşıl spirtlə (“zelenka”) göbəyi silib proseduru bitirirsiniz. Yaşıl spirtdən istifadə edərkən körpənin qarnını bulaşdırmayın. Bu, iltihab olarsa, qarın ətrafı dərinin rəngini seçə bilməniz üçündür. İltihab zamanı (omfalit) dərinin bu sahəsi qızarır.

GÖZLƏRİN YUYULMASI.

Körpənin gözlərini səhərlər qaynadılmış suda isladılmış steril pambıq tamponu vasitəsilə təmizləmək lazımdır. Hər göz üçün ayrı tampon olmalıdır. Ehtiyatla gicgahdan burun tərəfə hərəkət edərək körpənin gözlərini silin.

BURNUN TƏMİZLƏNMƏSİ.

Əgər körpənin burnunda qabıq varsa, 1 – 2 damcı fizioloji məhluldan burnuna damcıladaraq pambıq vasitəsilə təmizləyin.

TƏZƏ DOĞULMUŞ KÖRPƏNİN QULAQLARINI TƏMİZLƏMƏYƏ EHTİYAC YOXDUR.
KORPELERIMIZE QULLUQ



  • Раздел: Analiq |
  • Опубликовано: 22 мая, 09:05
ANA SÜDÜNÜN TEBİİ YOLLARLA ARTIRILMASI.


Əziz xanımlar, bəzi oxucularımızın istəyini nəzərə alaraq sizlərlə ana südünü hansı üsullarla artırmaq olar, bunu paylaşmaq istəyirəm. Körpələrini əmizdirən anaların tez-tez soruşduğu sualların biri də "Körpəmi əmizdirmək istəyirəm. Amma südüm azdır.Südümün azalmaması üçün nə etməliyəm? "sualı gəlir.

İlk öncə həkimlərinə müraciət etmələri və onların tövsiyələrinə fikir verməlidirlər. Süd əmizdirən dövrdə analar, mövsümündə yetişməyən və hormon istifadə edilərək çıxarılan tərəvəz və meyvələrdən uzaq durmalıdırlar.Genetik tərkibi ilə oynanmış qidaları da eyni şəkildə özümüzdən uzaq tutaq.

Ana südünü artıra biləcək qidalar:
1)Təzə ağ üzüm
2) Şüyüd
3)Təzə əncir
4)Qurudulmuş əncir - yerkökü
5)Təzə ağ tut
6)Qaynadılmış təzə ağ tut qurusu
7)Kərəviz
8) Təzə Kərəviz Yarpaqları
9)Balqabaq
10)Çiyələk
11)Buruq Salat
12)Sumak
13)Razyana Çayı
ANA SÜDÜNÜN TEBİİ YOLLARLA ARTIRILMASI.

Qeyd 1.Gündə iki boşqab təzə ağ üzüm yemək ana südünü artırmağa kömək edir.
Qeyd 2.Səhər - axşam yeməkdən əvvəl yeyəcəyiniz şüyüd yenə ana südünü artırmağa kömək edir.
Qeyd 3.Səkkiz - doqquz ədəd quru ənciri yarım litr suda qaynadıb, səhər - axşam olmaq üzrə gündə iki dəfə yeyin.
Bu reseptləri eyni anda istifadə edilməməlidir.. Tətbiq müddəti 1 həftədir. 1 həftədən sonra davam etmək ehtiyacı görsəniz digər qeydəri istifadə edə bilərsiniz..Məsələn bir həftə əncir, digər həftə üzüm istifadə edə bilərsiniz.Təbii bu qidalara qarşı allaergiyanızın olub olmadığından əmin olmalısınız

ANA SÜDÜNÜN TEBİİ YOLLARLA ARTIRILMASI.


  • Раздел: Analiq |
  • Опубликовано: 2 апреля, 00:04
Hamiləlikdən sonra düzgün qidalanma.HAMİLƏLİKDƏN SONRA NECE QİDALANMALI,

Doğuşdan sonra 6 ay ərzində düzgün qidalanan ana bütün ömrüboyu sağlam qida rasionuna riayət edəcək. Bunun üçün də aşağıda verilən qaydaları nəzərdən keçirin.
Doğuşdan sonra pəhriz
Körpəni dünyaya gətirəndən sonra hər bir gənc ana pəhriz saxlamalıdır. İlk növbədə ona görə ki, balacada allergiyaya səbəb olacaq qidaları rasiondan çıxarmaq lazımdır. İkinici isə orqanizmə lazım olan vitaminləri artırmaq lazımdır. Yaddan çıxmamamlıdır ki, sizin körpəyə verdiyiniz süd onun yeganə qidasıdır. Elə buna görə də sağlam qidalanmaq əsas işiniz olmalıdır.
Süd verən ananın qidalanması
Mütəxəssislər bildirirlər ki, doğuşdan sonra çəkiləri artan qadınlar süd verən analardır. Bu çəkinin qarşını almaqdan ötrü ilk növbədə, xanımlar idman etməyi unutmamalıdırlar. Əks halda, qəbul etdiyiniz vitaminlər, kalorili qidalar çəkinizdə özünü göstərəcək.
Vitaminlərə - “hə”, Qatılaşdırılmış südə - “yox”
Anaların əsas problemi maksimal dərəcədə vitamin qəbul etməkdir. Əks halda, süd kəsilə bilər. Süd verən analara qatılaşdırılmış süd ilə fındıq və ya xama ilə şəkər yemək olmaz. Südün bol olması üçün normal qida qəbul etmək yetər.
Fol turşusu vitamin D-nin miqdarını artıracaq, kalsium sümüklər üçün vacibdir, dəmir qanazlığını aradan qaldıracaq. Əgər körpənizə süd verirsinizsə, qidalandırıcı yeməklərin sayını artırın.
Sağlam “fast-food”
Əgər acımısınızsa, onda əliniz altına keçəcək qidalar siyahısında bunlar olsun – kişmiş, kök, alma, armud, xiyar və yoqurt. Unutmayın qida qəbulundan sonra susuzluq yaranır. Buna görə də mətbəxinizdə həmişə mineral su və ya soyuq çay olmalıdır. Bacardığınız qədər konfet, qurudulmuş çörək, kolbasa, şokolad, müxtəlif şirniyyatlar almayın.
Acgözlük etmə!
Əgər yeməkdən doymayıb, gözünüz hələ süfrədədirsə, özünüzə bezdirici suallar verin: Mən doğrudanmı acam? Ola bilsin ki, yorulmusunuz, bir az yuxunuzu alın. Rəfiqənizə zəng edib, xəbərləri müzakirə edin. Mən nə istəyirəm? Əgər dondurma istəyirsinizsə, başınızı qaysı qurusu ilə “aldadırsınızsa”, bir müddət keçəcək ki, siz bir yox, 3 dondurma istəyirsiniz. Ona görə də dəqiqləşdir ki, nə istəyirsiniz. Bəlkə doymuşam? Bir çoxları boşqabı bir göz qırpımında sıyırır. Özünüzü asta yeməyə öyrəşdirin. Hər 5-10 tikədən bir fasilə verin.
Yağlı yox, xeyirli lazımdır
Yaxşı olar ki, yemək arası meyvə-tərəvəzlər və ya süd məhsulları (qatıq, yoqurt) ilə qidalanasınız. Çünki analar laktasiyanın (süd vermə dövrünün) davam etməsi üçün kalori qəbul etməlidirlər. Çoxları həkimdən “südün yağlıdır” tənbehini eşidirlər. Unutmayın ki, süd yağlı yox, körpə üçün xeyirli olmalıdır. Əridilmiş yağ, fındıq və ya qoz südü yağlı edir.
Ölçü götür!
Əgər nəfsiniz ilə bacarmırsınızsa, ölçü götürün. Məsələn: 1-2 stəkan pörtlədilmiş və ya təbii meyvələr. 1 stəkan doğranılmış və ya şirəsi çəkilmiş meyvə.
Çörək bir dilim
Bitki yağı – 1 çay qaşığı
Süzülmüş makaron və ya düyü – 1-2 stəkan
Toxumlu məhsullar – 1-2 stəkan
Dama-dama göl olar. Hamiləlik dövründə aldığınız çəkilərdən xilas olmaq üçün il yarım vaxt lazım olacaq. Sizə elə gəlir ki, çox uzun müddətdir? Amma nəticə uzunmüddətli olacaq. Əvvəlcədən özünüzü hazırlayın ki, “hamiləlik” 8 ay davam edəcək - 9 ay hamiləlik dövrü, 9 ay doğuşdan sonrakı mərhələ. Orqanizminiz bir çox dəyişikliklərə hazır olmalıdır.
  • Раздел: Analiq |
  • Опубликовано: 1 апреля, 14:04
Hamiləlikdə QIDALANMAHAMILELIKDE QIDALANMA.

Hamilə olduğunuz dövrdə yediklərinizin, körpənizin böyüməsinin və inkişafı, bədəninizin da ibarət olan dəyişikliklərlə başa çıxa bilməsi üçün kafi enerji və qidaları təmin edəcək şəkildə olmasına diqqət yetirməniz lazımdır. Bu məqalədə, hamilə olduğunuz dövrdə sağlam yeməklər seçmək köməkçi olacaq praktik tövsiyələr var.

Nələr yeməlisiniz?
Aşağıda sayılan növdən müxtəlif yeməklər yeməyə işiniz əhəmiyyətlidir:
• Bol miqdarda meyvə və tərəvəzlər (təzə, donmuş, plastik qutuda konserv, qurudulmuş və ya bir stəkan meyvə şirəsi) - gündə ən az beş boşqab hədəfləyin
• Bol miqdarda çörək, düyü və kartof kimi nişastalı yeməklər
• Məsələn yağsız ət və toyuq, balıq (biri yağlı balıq olmaq üzrə həftədə ən az iki dəfə balıq yeməyi hədəfləyin), yumurta və bakliyat (məsələn paxla və mərcimək) kimi zülal. Bunlar eyni zamanda yaxşı bir dəmir mənbəyidir.
• Qəhvəyi çörək, makaron, düyü, bakliyat və meyvə və tərəvəzlərdə olan bol miqdarda lif - (bu qəbizliyi önləməyə köməkçi olar)
• Süd, pendir və qatıq kimi, kalsium ehtiva edən süd məhsulları ...
Artıqdan dəmirə tələb varmı?
Hamilə qadınlarda dəmir əskikliyi söz mövzusu ola bilər. Buna görə bol miqdarda dəmir baxımından zəngin yeməklər seçməyə diqqət yetirməniz lazımdır. Dəmir baxımından zəngin bir yemək yeyərkən eyni zamanda, C vitamini ehtiva edən yeməklər və ya bir stəkan meyvə şirəsi kimi içkilər də almağa çalışın. Bunlar bədəninizin dəmiri özümlemesine köməkçi olar.
Yaxşı dəmir qaynaqları
• Qırmızı et
• Zənginləşdirilmiş nahar yeməkləri
• Bakliyat
• Çörək
• Yaşıl tərəvəzlər
Qaraciyərdə də bol miqdarda dəmir olmasına qarşı, hamilə olduğunuz dövrdə qaraciyər yeməkdən qaçınmanız lazımdır.

Vitamin həbi almağınıza ehtiyac varmı?
Hamiləliyinizin 12. həftəsinə qədər hər gün 400 mikrogram (mcg) məbləğində folik turşu həbi almanız lazımdır. İdeal olaraq, bu həbləri hamiləlikdən əvvəl almağa başlamış olmanız lazımdır. Diyetinizə yaşıl tərəvəzlər və qəhvəyi düyü, zənginləşdirilmiş çörək və nahar yeməkləri kimi, fol turşusu ehtiva edən yeməklər də daxil etməyiniz lazımdır.
Fol turşusunun, 'spina bifida' deyilən bel sümüyü xəstəliyi kimi nöral kanal pozuqluqları riskini azaltdığı görülmüşdür. Fol turşusunu, multivitamin həbi istifadə edərək almaq istəsəniz, ehtiva etdiyi fol turşusunun doğru miqdarda olmasına diqqət yetirin. Unutmayın ki birdən çox multivitamin həbi alacaq olsanız, bunlarda olan digər vitaminlərdən həddindən artıq dozada almış ola bilərsiniz. Ayrıca hər gün 10 mcg D vitamini ehtiva edən həblər da ehtiyacınız var. Ən yaxşı D vitamini qaynağı yaz günəşidir (ancaq yanmamaya diqqət yetirin!).
Çölə çıxdığınızda bütün dərinizi kapatıyorsanız xüsusilə D vitamini əksikliyinin ola bilər.

Qaçınmanız lazım olan yeməklər var mı?
Hamiləliyiniz dövründə, yüksək nisbətdə, aşağı, ölü doğum və ya yeni doğan körpədə ciddi xəstəliyə səbəb ola bilən bir mikrob olan listeria daşıya biləcək bəzi yeməkləri Yeməməniz lazımdır. Aşağıdakı yeməklərdən qaçınmağı unutmayın:
• 'Camembert', 'Brie' deyilən peynirlerle mavi damarlı pendir kimi yumşaq kifli pendirlər. 'Cheddar' növü pendir kimi sərt peynirlerle, 'cottage cheese' deyilən pendirləri və işlənmiş pendirləri hər hansı bir təhlükəsi yoxdur
• Pişirilmemiş və ya az bişirilmiş hazır yeməklər. Hazır yeməkləri hər tərəfi yaxşıca isti olana qədər istilətməyə diqqət yetirin.
Ayrıca aşağıdakı nöqtələri da ağılda tutmaq lazımdır:
• Çiy yumurtanı və çiy ya da qismən bişmiş yumurta ehtiva edən yeməkləri yeməkdən qaçının. Yalnız həm ağı həm sarısı katılaşıncaya qədər yaxşıca bişmiş yumurtaları yeyin. Bu, bir növ qida zəhərlənməsinə gətirib çıxaran salmonella riskindən qaçınmaq üçün lazımlıdır.
• Çiy ətləri toxunduqdan sonra daim əllərinizi yuyun və çiy yeməkləri, məğlub etməyə hazır yeməklərdən ayrı saxlayın. Bu, qida zəhərlənməsinə gətirib çıxaran məsələn
salmonella, campylobacter və E.coli O157 kimi mikroblardan qaçınmaq üçün lazımlıdır.
• Yalnız yaxşıca bişmiş ət yeməyə diqqət edin. Sosiska və qiymə yeyərkən buna xüsusilə diqqət yetirin.
• Bağçada çalışarkən və ya pişiyin qaxasını etdiyi qumu təmizləyərkən daim əlcək geyin və daha sonra əllərinizi yuyun. Bu, ətlərdə, pişik nəcisindən və torpaqda olan bir parazit gətirib çıxardığı toksoplasmosis deyilən bir infeksiyadan qaçınmaq üçün lazımlıdır. Toksoplasmosis, hələ doğulmamış körpələr üçün zərərli ola bilər.
• Çox çox A vitamini qəbul etməyə diqqət edin. Bu, yüksək dozada multivitamin həbləri almaqdan və qaraciyər ilə, qaraciyər məhsulları yeməkdən qaçınmanız mənasını verər. Bir miqdar A vitamininə tələb oluna bilər. Ancaq çox çox miqdarda alsanız, çox miqdarda birikebilir və hamiləlik əsnasında çox yüksək ola bilər.
• Yediyiniz ton balığı miqdarını məhdudlaşdırmağı lazımdır. Həftədə (bişmiş 140gm ya da çiy 170gm ağırlığında) bir tuna bifteği ya da həftədə (hər birinin süzülmüş ağırlığı təxminən 140gm olan) iki orta boy tənəkə qutu ton balığından çox yeməyin. İki tənəkə qutu ton balığı, altı ton balığı buterbrod və ya üç ton balığı salatı mənasını verər. Bunun səbəbi, bu balıqlarda olan civə miqdarıdır. Yediyiniz balıqda olan civə bir miqdarı sütünüze qarışar
və yüksək miqdarda civə çox kiçik körpələrin sinir sisteminin inkişafına zərər verə bilər.
Eyni zamanda:
• Tort və biskvit kimi yağ və şəkər nisbəti yüksək yeməklərdən də qaçınmaq yaxşı fikirdir. Ayrıca bu hamiləlik əsnasında çox çəki artımına önləməyə də köməkçi ola bilər.
Bəzi sağlam yüngül yeməklər və yeməklər
• Az yağlı yoğurtlar
• Tərəvəz və paxla şorbalar
• Təzə, konserv halında və ya məsələn quru üzüm kimi qurudulmuş halda meyvə.

Kafesindən azaltmanız lazımdırmı?
Hər gün aldığınız kafenin miqdarını azaltmanız lazımdır. Ancaq tamamilə kəsmənizə gərək yoxdur. Kafenin, qəhvə, çay və şokolad kimi bəzi yemək və isti içkilərdə təbii olaraq olur. Ayrıca bəzi yumşaq içkilərə və 'enerji' verən içkilərə də qatılar.
Gündə 300 mg'dan çox kafenin almamaq əhəmiyyətlidir. Çünki yüksək miqdarda kafenin doğumda körpənin kilosunun aşağı olmasına və hətta aşağılara yol aça bilər.
Aşağıda sayılanlardan təxminən 300 mg kafenin olur:
• 3 böyük stəkan instant qəhvə (hər biri 100 mg)
• 4 kiçik stəkan instant qəhvə (hər biri 75mg)
• 3 stəkan dəmlənmiş qəhvə (hər biri 100 mg)
• 6 stəkan çay (hər biri 50 mg)
• 8 tənəkə qutu kola (hər biri ən çox 40 mg)
• 4 tənəkə qutu 'enerji' verici içki (hər biri ən çox 80 mg)
• hər biri 50 q ağırlığında 8 barmaq şokolad
(Hər biri ən çox 50 mg)

Gündə bir barmaq şokolad yer, 3 stəkan çay, bir tənəkə qutu kola və bir kiçik stəkan instant qəhvə ehtiva etsəniz, 300 mg olan maksimum kafenin miqdarına çatmış olarsınız. Bəzi soyuq qəbulunluğu və qrip dərmanlarından da kafenin olduğunu unutmayın.

Spirti azaltmanız lazımdırmı?
Həftədə bir və ya iki dəfə, 1 və ya 2 vahiddən çox spirt içməmək lazımdır. Kiçik bir stəkan şərab ya da 25 ml məbləğində damızdırılmış spirtli içkilər, bir modul meydana gətirər.
Nə qədər kilo ala bilərsiniz?
Hər qadının aldığı kilo miqdarı dəyişik olar. Ancaq bütün hamiləlik dövründə 10-12 kq-dan çox almanızı lazımdır. Çox kilo alsanız bu sağlamlığınızı təsir edə bilər və təzyiqinizi yüksəldə bilər. Eyni dərəcədə, rejim etməyə etdirməmək da əhəmiyyətlidir.
  • Раздел: Analiq |
  • Опубликовано: 1 апреля, 13:04
OGLAN YOXSA QIZ?QIZ YOXSA OGLAN???

Ailələr üçün doğulacaq uşağın oğlan yoxsa qız olacağı maraqlıdır. Müasir dövrdə USM müayinəsi sayəsində gələcək ailə üzvünün cinsini asanlıqla müəyyənləşdirmək olur, amma bəzən müəyyən tibbi səbəblərlə bağlı bunu dəqiqləşdirmək mümkün olmur. Bu zaman köməyə xalq inancları gəlir.

Müasir teknika və tibb elmi indiki kimi inkişaf etmədiyi qədim dövrlərdə insanlar öz "metodları", yəni ənənəvi inancları ilə hamilə qadının hansı cinsdən olan övlad dünyaya gətirəcəyini müəyyən edirdilər. Bəs bunlar hansı metodlardır, ümumiyyətlə, həkimə getmədən, USM aparatına düşmədən, doğulmamış körpənin, dğlün cinsini necə bilmək olar? Anayam.Az bu barədə bir sıra məqamları açıqlayır.

Xalq inanclarında aşağıdakı hallara əsasən doğulacaq uşağın qız və ya oğlan olacağı müəyyənləşdirilir.

Hamilə qadının qarnının vəziyyətinə əsasən:

1. Hamilə qadının qarnının dik olması oğlan, yastı olması qız doğulacağına işarədir;
2. Əgər qarın tez-tez sağa qabarırsa oğlan, sola qabarırsa qız doğulur;
3. Uşaq ananın qara ciyər tərəfinə vurursa qız, sidik kisəsinə tərəf vurursa oğlan doğulur.

Ana olacaq qadının əhvalı və xarici görünüşünə əsasən:

1. Güclü toksikpoz oğlan doğumuna işarədir;
2. Oğlanlar ananı turş, duzlu, ət, qızlar isə şirniyyat və şirin meyvələr yeməyə meylləndirirlər;
3. Qız hamiləliyində anada üşütmə, oğlan hamiləliyində isə istilənmə, ürək sıxılması halları baş verir;
4. Qadının ayaqlarında tüklənmə halları baş verirsə və ayaqları soyuq olursa bu oğlan doğulacağına işarədir;
5. Hamiləlik dövründə döşlərin ucu açıq rəngdədirsə oğlan, tünd rənglidirsə qız doğulur.
6. Hamiləliyin ilkin dövründə qadın çirkinləşirsə qız, qəşəngləşirsə oğlan doğulacağı gözlənilir.

Hamilə qadının hərəkətlərinə əsasən:

1. Qız hamiləliyində ilkin aylarda qarın o qədər də bilinmir, oğlanda isə qarın elə ilkin aylardaca gözə çarpır;
2. Əgər qadın sol böyrü üstə yatmağa meyillidirsə, deməli, onun oğlu olacaq;
3. Hamilə qadını ətrafdakı kişilər qıcıqlandırırsa, bu, qızın doğulacağına işarədir;
4. Hamiləlikdə qadının əhvalı yaxşı olursa oğlan, pis olursa qız doğulacağına işarədir.

Ataya əsasən:

1. Ata keçəldirsə, əksər hallarda oğlan doğulur;
2. Ata güclüdürsə və ərlik vəzifəsinin öhdəsindən yaxşı gəlirsə, qız doğulması ehtimalı daha güclüdür;
3. Əgər kişi dar alt paltarı geyinirsə oğlan, sərbəst alt paltarı geyinirsə qız doğulması şansı artıq olur. Çünki, dar alt paltarı kişinin potensiyasını zəiflədir. Qız doğulması üçün isə güclü kişi potensiyası tələb olunur.

Bunlardan başqa, belə bir sınanmış inancı da təcrübədən keçirə bilərsiniz: qaşsız üzüyü sapa keçirib hamilə qadının qarnı bərabərliyində saxlayın. Əgər üzük sağa-sola hərəkət edirsə oğlan, dairəvi hərəkət edirsə qız doğulacağına işarədir.
Teq:


SORĞU:
Axdardığınız məlumatları saytımızda tapa bilirsiniz? [?]

Yox
Qismən