Teqvim
Dostlar | Главная » Kulinariya : TORT ÜÇÜN QAYMAQLI KREM RESEPTLERİ...
TORT ÜÇÜN QAYMAQLI KREMLƏR... ![]() Çalınmış qaymaqla hazırlanan kremlər zəriflıyı və yüngüllüyü,əla dadı ilə fərqlənir.Əziz xanımlarımız aşağıda müxtəlif növlü qaymaqlı kremlərlə tanış ola bilərsiz: 1.QAYMAQLI KREM 35%li qaymaq-1 stəkan şəkər kirşanı-1 xörək qaşığı vanil-1paçka Soyudulmuş qaymaq soyuq qaba tökülürvə həmin qab da içərisində soyuq su və buz olan iri qabın içərisinə yerləşdirilib qatı köpüklü kütlə alınanadək çalınır.çalmanı dayandırmadan ona vanil və az-az şəkər kirşanı əlavə edilir.yaxşı çalınmış krem qaşığı çevirdikdə belə ondan tökülmür.krem hazir olan kimi derhal istifadə olunmalı və məmulat soyuducuda saxlanmalıdır. 2.JELATİNLİ QAYMAQLI KREM 20 və ya 35 %li qaymaq-1.5 stəkan jelatin-0.5 çay qaşığı şəkər kirşanı-1.5 çay qaşığı JELATİNİ soyuq su ilə yuyub süzgəcə tökməli,sonra 0.5 stəkan suda islatmalı,2 saatdan sonra şişmiş jelatini qarışdırmaqla stəkanla birlikdə su içərisində qızdırmalı.Jelatin tam hazır olduqdan sonra 40-50 dərəcəyədək soyutmaq lazımdır. Soyudulmuş qaymağı ayrica biraz çaldiqdan sonra əvvəlcə üzərinə şəkər kirşanı,sonra nazik axınla jelatin məhlulu əlavə etməli.Hazır kremə müxtəlif rəng və yaxud qoz ləpəsı,meyvə tikələri əlavə etmək olar. ![]() 3.QAYMAQLI XAMALI KREM 30%Lİ qaymaq-1stəkan şəkər kirşanı-2xörək qaşığı 30%li xama-4 xörək qaşığı vanil-1 paçka Xama turşumuş olmamalıdır.Kiçik qazana qaymaq və xama töküb qazanı buzlu su olan iri qabın içinə yerləşdirib çalmalışköpüklü kütlə alınandan sonra üzərinə asta-asta şəkər kirşanı və vanil əlavə edib qarışdırın və kram hazırdır
|
TOP 5: Teq:
SORĞU:
Son Xeberler: | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи
Здесь краткое описание статьи